Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiya hərbçiləri Suriya-Türkiyə sərhədi istiqamətində irəliləyib

23.10.2019 14:54

Rusiya Hərbi Polisinin dəstələri Suriyanın şimal-şərqinə, Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları apardığı bölgə ilə sərhədə hərəkət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Rusiya və Türkiyə prezidentlərinin oktyabrın 22-də Soçidə əldə etdikləri razılığa əsasən, bu gün saat 12-də Rusiya Hərbi Polisinin karvanı Fərat çayını keçərək Suriya-Türkiyə sərhədi istiqamətində irəliləyib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Nazirlikdən o da bildirilib ki, Hərbi Polis dəstələri əhalinin təhlükəsizliyinin təmin olunmasına və asayişin qorunmasına yardım edəcəklər: "Onlar təyin olunmuş rayonlarda patrul xidməti aparmaqla, kürd özünü müdafiə dəstələrinin və onların silahlarının Suriya-Türkiyə sərhədindən 30 km dərinliyə çıxarılmasına kömək edəcəklər”.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR