Türkiyədə dəhşətli zəlzələ olacaq və... - Yapon alimdən XƏBƏRDARLIQ

23.10.2019 10:48

Türkiyədə gözlənilən ən böyük zəlzələ 8-8,5 bal gücündə olacağı proqnozlaşdırılır.

Bunu Yaponiyanın seysmologiya mütəxəssisi, memarlıq və inşaat mühəndisi Yoşinori Morivaki deyib.

Mütəxəssis bildirib ki, Türkiyə dünya miqyasında 6-cı, kub-metrə görə 17-ci zəlzələ ölkəsidir. Zəlzələnin səbəb olduğu ölümlərə görə isə 3-cü yerdə qərarlaşıb.

30 ildir Türkiyədə yaşayıb fəaliyyət göstərən mütəxəssis bildirib ki, coğrafi mövqeyinə görə Türkiyə zəlzələlər ölkəsi kimi tanınan Yaponiyadan daha şanslı yerləşib. Çünki onun vətəni dağlıq bölgədir və zələlə ilə birgə sunami təhlükəsi də var.

publika.az

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR