Paltarı çirkli olan sərnişinlər metroya buraxılmayacaq - YENİ QAYDALAR

19.10.2019 12:03

Kiyev Şəhər Şurası metropolitendən istifadəyə dair yeni qaydalar paketi hazırlayıb.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, paltarı çirkli olan və ya pis qoxu verən, qismən çılpaq, eləcə də "səliqəsiz” geyimli sərnişinlərin metroya daxil olması qadağan ediləcək.

Qəfəsdə və ya konteynerdə olmayan heyvanları (bələdçi itlərdən başqa), velosipedləri metroda aparmaq, metroda mahnı oxumaq və musiqi alətlərində ifa etmək də yolverilməz olacaq.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR