Rusiyada bəndin çökməsinin ilkin səbəbləri açıqlanıb - 12 ölü, 13 itkin var

19.10.2019 11:26

Rusiyanın Krasnoyarsk diyarında bəndin çökməsinin səbəbləri açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumata görə, Krasnoyarskın Kuraginsk rayonundakı qızıl hasilatı artelində Seyba çayı üzərindəki texniki su hövzəsində qəzaya səbəb bəndin istismar vaxtının ötməsi və dağılması olub. Hadisə nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 şəxs itkin düşmüş sayılır. İstintaq qrupunun ehtimalına görə, yaxınlıqdakı fəhlə qəsəbəsində su basmış yataqxanalarda 80-ə yaxın adam olub.

Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR