Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxıb

19.10.2019 09:45

Tarixdə ilk dəfə iki qadın - ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib.

Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.

Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR