Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ekoaktivistlərin növbəti hədəfi Biq Ben qülləsi olub

19.10.2019 09:21

Londonda davam edən ekoaktivist mitinqləri zamanı növbəti hədəf bütün dünyada Biq-Ben adı ilə məşhur olan Britaniya parlamentinin saat qülləsi olub.

AZƏRTAC xəbər verir ki, 43 yaşlı aktivist Ben Atkinson təmir gedən qülləyə qalxaraq etirazını orda davam edib. O, iqlim və ekoloji vəziyyətlə bağlı plakatlar qaldırıb. Atkinson Baş Nazirlə danışmaq istədiyini bildirib. 3 saat sonra polis tərəfindən yerə endirilən Atkinson həbs edilib.

Buna baxmayaraq etirazlar Oksford Sirkus, Trafalqar Meydanı və Vestminister ərazilərində davam edib.

Qeyd edək ki, etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR