Rusiyada bənd uçub, 12 nəfər ölüb, 13 nəfər itkin düşüb

19.10.2019 09:38

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.

FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR