Səudiyyə Ərəbistanında dəhşətli yol qəzası - 36 zəvvar ölüb

17.10.2019 09:25

Çərşənbə günü Səudiyyə Ərəbistanında - Məkkə ilə Mədinə arasındakı magistral yolda Asiya və Orta Şərq ölkələrindən gələn mühacirləri həcc ziyarətinə aparan avtobus yük maşını ilə toqquşub.

"Ər-Riyad" nəşri yazır verir ki, zərbənin gücündən avtobus alışaraq yanıb və zəvvarlardan 36 nəfəri hadisə yerində dünyasını dəyişib.

Ölkənin Səhiyyə Nazirliyi ölənlərin sayının 36 olduğunu bildirib. Polis isə yol qəzasında 35 nəfərin öldüyünü təsdiqləyib.

Avtobusda olan 40 nəfərdən 4-nün yaralandığı bildirilir. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR