Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

ABŞ koalisiyası Suriyadakı silah-sursat anbarını məhv edib

17.10.2019 09:19

ABŞ koalisiyası Suriyadan çıxdığı zaman özlərinə məxsus sursat anbarını, eləcə də digər hərbi avadanlıqları məhv edib.

Xezerxeber.az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə koalisiya zabiti polkovnik Miles Keqqins Twitter səhifəsində yazıb.

O qeyd edib ki, oktyabrın 16-da ABŞ-ın regionda olan bütün hərbi personalı və taktiki-texniki avadanlıqları ölkəsinə yola salındıqdan sonra "F-15” markalı iki koalisiya döyüş təyyarəsi "Lafarge” sement zavodunda yerləşdirilmiş döyüş sursat anbarına hava zərbəsi endirib.

Polkovnik əlavə edib ki, məqsəd hərbi qurğuların istifadəyə yararsız hala gətirilməsindən ibarət olub və planlaşdırıldığı kimi, hava zərbəsi uğurla həyata keçirilib.

Qeyd edək ki, çərşənbə axşamı prezident Donald Tramp ABŞ ordusunun Suriyadakı hərbi əməliyyat bölgələrini tərk etdiyini təsdiqləyib.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR