Ukrayna Prezidenti: Daxili İşlər naziri hələ sınaq müddətindədir

10.10.2019 14:52

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov ilin sonuna kimi sınaq müddətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında verib.

Ukrayna Prezidenti Daxili İşlər Nazirliyində kadr dəyişikliyinə ehtiyac olduğunu söyləyərək deyib : "Avakova hər hansı vədim yoxdur. Onun sınaq müddəti var. Daxili İşlər Nazirliyində yeni simalar görmək istəyirik. Orada çox sayda yeni kadrlar var. Bütün nazirlərə demişəm, ilin sonuna qədər gördüyünüz real işləri gətirin, əgər olmasa, işdən çıxarılacaqsınız".

Qeyd edək ki, Vladimir Zelenski Ukraynanın yeni hökumətini formalaşdırarkən Daxili İşlər naziri A.Avakova yenidən etimad göstərib. Bu da Avakovdan narazı kütlənin qəzəbinə səbəb olub.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR