Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb

09.10.2019 17:37

Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter”də bildirib ki, Türkiyə ordusu Suriyanın şimalında, Fərat çayının şərqində hərbi əməliyyatlara başlayıb.

"Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb. Məqsədimiz cənub sərhədlərimizdəki terror dəhlizini məhv etmək və regiona sülh gətirməkdir. Ölkəmizə qarşı terror təhlükəsini ortadan qaldıracağıq. Yaradacağımız təhlükəsiz zona sayəsində suriyalı qaçqınların ölkələrinə qayıtmalarını təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq və bölgə xalqını terrorun əlindən azad edəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR