Böyük Britaniya parlamenti Brexitlə bağlı xüsusi iclas keçirəcək

09.10.2019 16:50

Böyük Britaniya parlamenti Brexitin gələcəyinə dair qərar vermək üçün bu şənbə xüsusi iclas keçirəcək.

Parlament Avropa İttifaqının Zirvə görüşündən sonra da bir araya gələcək və əgər razılaşma olarsa deputatlar tərəfindən təsdiqlənməsi üçün səsvermə keçiriləcək.

Xatırladaq ki, sonuncu dəfə şənbə iclası 1982-ci il Folkland adalarının işğalı ilə əlaqədar keçirilmişdi.

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR