Almaniyada naməlum şəxs insanlara atəş açıb, 2 nəfər ölüb

09.10.2019 15:38

Almaniyanın Qalle şəhərində sinaqoqun yaxınlığında naməlum silahlı şəxs insanlara atəş açıb.

APA-nın "Bild" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ölüb.

Şəhər polisinin "Twitter"də verdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.

Hazırda cinayətkarın saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR