Yüksək maaş verən şirkətlərin reytinqi – TOP 10

22.09.2019 12:57

Hər kəs yüksək əmək haqqı almaq istəyir, lakin bunun üçün yalnız lazımi ixtisasa yiyələnmək deyil, həmçinin belə maaşı təklif edən şirkətə düzələ bilmək lazımdır.

"Glassdoor”un mütəxəssisləri 2019-cu ilin ən yüksək maaş verən şirkətlərinin siyahısını dərc ediblər. Bura əməkdaşlarının orta illik maaşı 130 min dolları keçən şirkətlər daxildir.

Ən yüksək orta maaş təklif edən 10 şirkəti təqdim edirik:

10. "Microsoft”

Ən yüksək maaş: $523-565 min

Orta maaş: $148 068

"Microsoft” dünyada ən böyük iki transmilli şirkətlərdən biridir. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur.

9. "Salesforce”

Ən yüksək maaş: $473-516 min

Orta maaş: $150 379

Salesforce.com eyniadlı CRM-sistemlərin təsisçisi olan Amerika şirkətidir.

8. "Facebook”

Ən yüksək maaş: $324-347 тыс.

Orta maaş: $152 962

"Facebook” əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkədir. İlk adı "The Facebook” idi.

7. "LinkedIn”

Ən yüksək maaş: $322-350 min

Orta maaş: $157 402

"LinkedIn” işgüzar əlaqələrin qurulması üçün nəzərdə tutulmuş sosial şəbəkədir.

Hazırda "LinkedIn”də dünyanın 200-dən artıq ölkə və bölgələrindən 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib.

6. "Vmware”

Ən yüksək maaş: $406-441 min

Orta maaş: $158 063

"Vmware” virtuallaşdırmaq üçün proqram təminatının ən iri təsisçisi olan Amerika şirkətidir.İqamətgahı Kaliforniyada yerləşir.

5. "Google”

Ən yüksək maaş: $695-762 min

Orta maaş: $161 254

"Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən transmilli şirkətdir. Gəlirinin böyük hissəsini "AdWords” proqramı ilə reklamlardan əldə edir.

4. "Gilead Sciences”

Ən yüksək maaş: $377-411 min

Orta maaş: $162 210

"Gilead Sciences” ABŞ-ındərman vasitələri hazırlayan əczaçılıq şirkətidir. Onun əsası 1987-ci ildə qoyulub.

3. "Twitter”

Ən yüksək maaş: $255-274 min

Orta maaş: $162852

"Twitter” onlayn sosial şəbəkə və mikrobloq xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər tvit adlandırılan mətn ismarışları göndərə bilirlər.

2. NVIDIA

Ən yüksək maaş: $436-472 min

Orta maaş: $170068

NVIDIA çip əsasında qrafik prosessorlar və sistemlər təsis edən ABŞ-n texnologiya şirkətidir.

1. "Palo Alto Networks”

Ən yüksək maaş: $247-271 min

Orta maaş: $170929

"Palo Alto Networks” müəssisələr, təşkilatlar və dövlət idarələrinin kibertəhlükəsizliyi üçün həll təklif edən Amerika IT şirkətidir. Şirkətin əsası 2005-ci ildə israilli iş adamı Niron Zuk tərəfindən qoyulub.

© xezerxeber.az


293 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR