İraqda avtobusun partladılması nəticəsində 12 nəfər ölüb

21.09.2019 09:06

İraqın Kərbəla şəhərində sərnişin avtobusu partladılıb.

Xezerxeber.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Baş verən hadisə ilə bağlı hələlik heç bir terror qrupu məsuliyyəti üzərinə götürməyib.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR