7 yaşlı oğlan çayda gizli xəzinə tapdı

19.09.2019 16:19

Şotlandiyanın Şimali Lanarkşir əyalətinin Bonkl kəndindən olan 7 yaşlı Kempbel But (Campbell Booth) çayda gəzərkən gizli xəzinə aşkar edib.

Bu barədə məlumatı Daily Mirror qəzeti yayıb.

Qəzetin yazdığına görə, Kempbel atası Qrem (Graeme) və itlə çay kənarında gəzərkən Kalder çayının sahilə yaxın hissəsində sarı parıldayan əşya görüb. 7 yaşlı oğlan gördüyü sarı əşyanın şokolad moneti olduğunu düşünərək onu sudan götürmək qərarına gəlir. "Götürüb diqqətlə baxdıqda başa düşdüm ki, bu metaldır. Biz oradan qızıl və gümüşdən olan boyunbağı tapdıq”- deyə Kempbel qeyd edib.

7 yaşlı oğlan tapdıqları xəzinənin dəyərini bilməsə də, əşyaların çox ağır olduğunu deyib.

Kempbelin atası Qrem isə bildirib ki, onlar xəzinəni polisə təslim etmək qərarına gəliblər.

"Düşündük ki, bu kiminsə nənəsinin bəzək əşyaları ola bilər və polisə təqdim edib, qanuni yolla sahibinə qaytarmaq istədik”.

Polis isə tapılan əşyaların əvvəllər hər hansı cinayət əməli ilə bağlı olub olmadığını araşdırır.

Ölkə.Az

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR