Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Sərhəddə gərginlik: Prezident təcili müşavirə keçirdi

17.09.2019 16:17

Qırğızıstan-Tacikistan sərhədindəki son münaqişə ilə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistanın bu ölkədəki səfiri Suxrab Olimzodaya etiraz notası təqdim edib.

Notada sərhəddə gərginliyin azaldılması və sabitləşməsi, gələcəkdə belə münaqişələrin baş verməməsi üçün Tacikistan tərəfi təxirəsalınmaz tədbirlər görməyə çağırılır.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov sərhəddə baş verən son münaqişə ilə bağlı müşavirə keçirib, güc strukturlarına sabitliyin bərpa olunması istiqamətində tapşırıqlar verib.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində ötən gün axşam saatlarında və gecə baş verən qarşıdurmada 3 tacik hərbçi ölüb,13 nəfər yaralanıb./axar.az

© xezerxeber.az


253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR