İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib

15.09.2019 11:59

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanının neft emalı müəssisələrinə hücumun arxasında İranın dayandığına dair bəyanatına cavab verib.

Xezerxeber.az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İran XİN-nin rəsmi nümayəndəsi Abbas Musəvi deyib ki, M. Pompeonun bəyanatında yer alan iddia yalandır.

A. Musəvi bildirib ki, ABŞ-ın maksimum təzyiq siyasəti maksimum yalanla müşayiət olunur.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində "Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah’ hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarına hücum nəticəsində Səudiyyə Ərəbistanının neft və qaz hasilatı 50 faiz azalıb.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR