ABŞ-da naməlum şəxs metroda insanları güllələyib, ölən və yaralananlar var

15.09.2019 10:16

ABŞ-ın Sietl şəhərində atışma nəticəsində bir nəfər həlak olub.

Xezerxeber.az CNN-ə istinadən xəbər verir ki, naməlum şəxs metro stansiyasına girərək insanlara atəş açıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Atəş açan şəxs polis tərəfindən axtarılır. Hadisənin motivləri hələlik məlum deyil.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR