Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"

12.09.2019 17:43

"Strateji hazırlığımız aydın şəkildə göstərir ki, məqsədimiz Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaqdır”.

Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze NATO Parlament Assambleyasının prezidenti Madelin Munla (Madeleine Moon) keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, Gürcüstan NATO-nun bütün əsas tələblərinə cavab verir və ölkənin demokratik təsisatları onun standartlarına uyğundur.

"Buxarest sammitində NATO və tərəfdaşlarımız Gürcüstanın alyansa üzv olacağını, NATO-nun qapısının Gürcüstan üçün açıq olduğunu açıq şəkildə bildirdilər. Ölkəmiz NATO-ya qoşulmaq üçün strateji hazır vəziyyətdədir. Gürcüstan NATO-nun bütün tələblərinə cavab verir. Demokratik təsisatlarımız artıq NATO standartlarına uyğundur. Belə bir qərar əsas tərəfdaşlarımız və NATO-nun yüksək səviyyəli rəsmiləri tərəfindən müzakirə edilməlidir. Yalnız bundan sonra müəyyən bir üzvlük qərarı müzakirə edilə bilər",- deyə A.Talakvadze bildirib. (APA)

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR