Konqoda qatar qəzası nəticəsində azı 50 nəfər ölüb

12.09.2019 17:05

Bu gün Konqo Demokratik Respublikasının cənubunda qatarın relsdən çıxması nəticəsində azı 50 nəfər həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Reuters agentliyi ölkənin humanitar əməliyyatlar və milli həmrəylik nazirinə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, qatar səhər saatlarında qəzaya uğrayıb.

Hələlik qəzanın səbəbi barədə informasiya verilmir.

© xezerxeber.az


59 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR