Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI

12.09.2019 16:39

İngiltərənin "Times Higher Education” (THE) jurnalı "Dünyanın ən yaxşı universitetləri”nin siyahısını təqdim edib. Siyahıya 500 universitet daxildir.

Reytinq siyahısı tərtib edilərkən təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınır.

Sıralamada 1-ci yeri İngiltərənin Oksford Universiteti tutur. Bu ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. 2-ci yerdə Kaliforniya Texnologiya İnstitutu (ABŞ) və 3-cü yerdə Kembric Universiteti (Böyük Britaniya) dayanır.

Builki siyahının hazırlanmasında 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir. (AZƏRTAC)

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR