Dünya artıq bizi ciddiyə almır – Pakistan

12.09.2019 11:45

İslamabad Kəşmir məsələsində beynəlxalq ictimaiyyətin dəstəyini təmin edə bilməyib.

Bunu Pakistan Daxili İşlər naziri Hicaz Əhməd Şah "Hum Nyus” televiziyasına müsahibəsində deyib.

"Beynəlxalq ictimaiyyət bizə inanmır. Biz deyirik ki, hindlilər komendant saatı tətbiq ediblər və Kəşmir əhalisinə dərman verməkdən imtina edirlər. Hər kəs bizə yox, onlara inanır. Hakim elita bizim ölkəni və onun adını məhv edib, artıq bizi ciddi xalq saymırlar”, - o bildirib./axar.az

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR