Ağ Ev Tramp və Ruhaninin görüşünə hazırlaşır - KİV

12.09.2019 10:44

Ağ Ev Nyu-Yorkda BMT Baş Assambleyasında prezident Donald Trampla İran prezidenti Həsən Ruhani arasında mümkün danışıqlara hazırlığa başlayıb.

Bu haqda mənbələrə istinadən "Blomberg” agentliyi bildirib.

Agentlik qeyd edir ki, sanksiyaların qalacağı halda, Tehranın görüşə razılaşıb-razılaşmayacağı məlum deyil.

İki mənbənin sözlərinə görə, hadisələrin inkişafının variantlarından biri odur ki, Tramp Ruhani və Fransa prezidenti Emmanuel Makronun görüşünə qoşulacaq.

Çərşənbə axşamı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ və İran prezidentlərinin görüşü istisna edilmir. Trampın özü də daha öncə görüşün mümkünlüyünü dilə gətirib./publika.az

© xezerxeber.az


66 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR