Avstraliyada məscidin divarlarına təhqiramiz sözlər yazılması böyük etirazlara səbəb olub

11.09.2019 16:21

Avstraliyada Kvinslend ştatının paytaxtı Brisben şəhərində ekstremistlər tərəfindən məscidin divarlarına təhqiramiz sözlər və faşist svastikası rəsmləri çəkilməsi böyük etirazlara səbəb olub. Müsəlman icmasının rəhbərləri, millət vəkilləri və siyasətçilər bu vandalizm aktını kəskin şəkildə pisləyən bəyanatlar yayıblar.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Kvinslend polisi insidentlə bağlı təhqiqat aparır. Qeyd olunub ki, 1908-ci ildə tikilən məscid binası bu ştatdakı müsəlman icmasının əsas ibadət yeridir. Avstraliya İmamlar Şurasının bəyanatında bildirilir ki, bu vandalizm aktı "böyük qəbahətdir”. "Biz bu cür hərəkətləri qətiyyətlə pisləyirik, lakin bildirmək istəyirik ki, onlar bizim milli birliyimizə xələl gətirə bilməz”, -deyə icmanın bəyanatında vurğulanır.

Avstraliyanın Leyboristlər Partiyasından millət vəkili Stirlinq Hinçliff də bu insidenti pisləyərək qeyd edib ki, Kvinslend sakinləri ekstremistlərin bu hərəkətinə öz həmrəyliyi ilə cavab verəcək”. Digər deputat Terri Batler isə müsəlman icmasına dəstəyini ifadə edərək bu hadisəni "iyrənc vandalizm” adlandırıb. O əlavə edib ki, şəhər ictimaiyyəti bu aktı törədən qorxaqlardan daha güclüdür.

Avstraliya parlamentinin digər üzvləri və siyasətçilər Brisbenin hüquq-mühafizə orqanlarından cinayətkarların tapılmasını və cəzalandırılmasını tələb ediblər.

© xezerxeber.az

FOTOQALERIYA






134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR