Putin Karasini vəzifəsindən azad etdi

11.09.2019 11:05

Rusiya Prezidenti Vladimir Putin Qriqori Karasini stats-katib - Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edib.

Bu barədə Fərman sentyabrın 10-da dərc olunub. Rusiya dövlətinin başçısı digər Fərmanı ilə Yevgeni İvanovu bu vəzifəyə təyin edib.

Q.Karasin stats-katib - xarici işlər nazirinin müavini vəzifəsində 2005-ci ildən çalışırdı. O, MDB dövlətləri ilə ikitərəfli münasibətlər sahəsinə kuratorluq edirdi.

Yevgeni İvanov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1995-ci ildən Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin katibliyinin rəhbəri və konsulluq departamentinin direktoru işləyib. 2017-ci ildən Xarici İşlər nazirinin müavinidir.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR