Yaponiya hökuməti tam heyətdə istefaya getdi

11.09.2019 10:18

Yaponiya hökuməti çərşənbə günü səhər tam heyətdə istefaya gedib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda "Kiodo” agentliyi bildirib.

Baş nazir Sindzo Abe kabinet üzvlərindən istefa ərizələrini qəbul edib. Abenin hökuməti dəyişikliyinə səbəb iyulda parlamentin yuxarı palatasına seçkilərdə partiyanın qələbəsi və oktyabrda istehlak vergisinin 10 faizə qədər artımının nəzərdə tutulması olub.

Gözlənildiyi kimi, günün ikinci yarısında yeni hökumətin heyəti elan ediləcək./publika.az

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR