Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Tanınmış teleaparıcı artıq çəkili qadınları təhqir etdiyinə görə efirdən kənarlaşdırılıb

25.08.2019 19:21

Misirin tanınmış teleaparıcısı Riham Səid çəkisi artıq olan qadınları təhqir etdiyinə görə efirdən kənarlaşdırılıb.

AZƏRTAC yerli KİV-ə itinadla xəbər verir ki, aparıcının efirdən kənarlaşdırılması barədə qərarı Misirin Teleradio yayımı üzrə Ali Şurası verib.

Qeyd olunur ki, "Al Hayat” telekanalının yayımladığı "Sabaya” verilişində Riham Səid deyib ki, "kök qadınlar öz qadınlıqlarının bir hissəsini itirirlər, onlar həm ailələrinə, həm də dövlətə yük olurlar və onlara baxmaq xoş olmur”. Tanınmış aparıcının bu sözləri ictimaiyət arasında böyük narazılığa səbəb olub.

Efirdən kənarlaşdırılan aparıcı "facebook”dakı hesabı vasitəsilə videobəyanatla çıxış edərək onun sözlərinin təhrif olunduğunu, düz başa düşülmədiyini bildirərək tamaşaçılardan üzr istəyib və işdən ayrıldığını deyib.

© xezerxeber.az


268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR