Bəşər Əsəd İdlibdə dəhliz açdı

22.08.2019 15:08

Suriya ordusu İdlibin şimal-qərbində müxalifətin nəzarətində olan bölgədən Bəşər Əsədin nəzarətində olan bölgəyə keçmək istəyən vətəndaşlar üçün dəhliz açıb.

Bu məlumatı "Röyter” agentliyi Suriyadakı mənbələrə əsasən yayıb.

Suriya Xarici İşlər Nazirliyinin qaynağına söykənən məlumatda "Dəməşq Soran qəsəbəsində dəhliz açdığını elan edir” ifadəsi yer alır.

Humanitar koridorunun açılması İdlibin cənubu və Hamanın şimalında ayrılmaların olmasına təsir göstərəcək. Suriya ordusu bu nöqtələrdə müxalifətə qarşı hava və quru hücumlar həyata keçirir. Müxalif qruplar kritik əhəmiyyət daşıyan Xan-Şeyhundan geri çəkilsə? Əsəd ordusu şəhərə daxil olacaq.

Qeyd edək ki, İdlibə bağlı Xan-Şeyhun qəsəbəsi aprelin sonundan etibarən Suriya ordusu və müttəfiqlərinin hədəfində olub./Teleqraf.com

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR