Zurabişvilidən ilginc addım: KQB zabiti müşavir oldu

20.08.2019 16:25

Gürcüstan Prezidenti Salome Zurabişvili özünün müdafiə və təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) zabiti Dmitri Lejavanı təyin edib.

Bu məlumatı Gürcüstan mətbuatı yayıb. Mətbuat Lejavanın həmçinin Gürcü Arzusu Partiyasının aktivisti olduğunu bildirib.

Zurabişvilinin bu addımı bir çox ekspertlərin etirazına səbəb olub. Onlar bu vəzifəyə Qərb təhsilli gənc zabitlərin təyin edilməsini istəyiblər.

Gürcü hərbi ekspert Paata Qiqauri yeni təyinatla razılaşmadığını deyib:

"Dmitri Lejava 1983-1994-cü illərdə DTK zabiti kimi çalışıb. O, hərbçi deyil və DTK zabitinin prezident müşaviri təyin edilməsi qəribədir. Yəqin ki, dövlət siyasəti bu cürdür. Onlar SSRİ ilə bağlı olan şəxsləri vəzifəyə qaytarmaq istəyirlər”./axar.az

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR