Ankaradan Əsədə xəbərdarlıq: Odla oynama

20.08.2019 16:20

Suriya sərhədindəki 9-cu Müşahidə Məntəqəsini köçürmək kimi niyyətimiz yoxdur. Dostlarımız lazımi tədbirləri görür.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Rejim odla oynamasın, əsgərlərimizin təhlükəsizliyi üçün nə lazımdırsa, edəcəyik. Amma məsələnin o həddə çatmasını istəmirik. Tez bir zamanda siyasi prosesə diqqətimizi artırmalıyıq. Onsuz da sentyabr ayında Rusiya-Türkiyə-İran arasında üçtərəfli zirvə toplantısı keçiriləcək”, - Çavuşoğlu bildirib./axar.az

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR