Meksikada 6 nəfər silahlı hücumun qurbanı olub

20.08.2019 12:21

Avqustun 19-da Meksikanın qərbində, Miçoakan ştatının Samora şəhərində naməlum silahlıların hücumu nəticəsində altı nəfər – dörd kişi və iki qadın həlak olub.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, regionun Baş prokurorluğu hücumun odlu silah vasitəsi ilə həyata keçirildiyini deyib. Cənazələr şəxsiyyətləri müəyyən olunması üçün məhkəmə-tibbi ekspertiza bürosuna aparılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumun baş verdiyi rayona nəzarət üzərində bir neçə narkokartel mübarizə aparılır.

Meksikada son illər zorakılıq halları görünməmiş həddə çatıb. Rəsmi məlumata əsasən, bu ilin yanvarından may ayınadək 14,13 min nəfər müxtəlif cinayətlər nəticəsində həyatını itirib. Bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador cinayətkarlığa qarşı mübarizədə çətinliklərin olduğunu etiraf edib.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR