Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb

18.08.2019 11:50

İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İranın Sənaye və ticarət nazirinin müavini Abbas Qubadi məlumat verib.

O bildirib ki, İranın düyü ixracına müvəqqəti qadağa qoymasına səbəb yerli fermerlərin inkişaf etməsi ilə bağlıdır. Lakin ABŞ-ın sanksiyaları İranda iqtisadiyyatın çəltikçilik sahəsinə təsir edib. Sanksiyalara görə ixrac imkanları məhdudlaşıb, buna görə də, fermerlər çəltik əkini sahələrini azaldıblar. Bu isə ölkədə düyünün qiymətinin artmasına səbəb olub. Qiymətlərin sabit saxlanılması üçün hökumət düyü ixracını müvəqqəti qadağan edib.

Xatırladaq ki, düyü İran mətbəxtinin ayrılmaz sərvətidir. İran ildə 3 milyon ton düyü istehlak edir. Ölkədə isə yalnız 2,5 milyon ton düyü istehsal olunur. Qalan 500 min ton isə Hindistan və Çindən edilən düyü idxalı hesabına ödənilir.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 09:16

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR