İran helikopter və təyyarə motorları istehsal edəcək

17.08.2019 15:49

İran tezliklə helikopter və təyyarə motorlarının istehsalını həyata keçirəcək.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib.

O bildirib ki, İran dünyanın qabaqcıl helikopter və təyyarələrinin motorları ilə özünü təmin edəcək.

M. Baqiri deyib ki, bu proses bir necə ehtiyat hissənin istehsalı ilə başlayıb və artıq motor istehsalı texnologiyasının əldə olunması ilə nəticələnib: "Bu addımlar onu göstərir ki, sanksiyalar təzyiq vasitəsi olsa da, Silahlı Qüvvələr onu inkişaf etmək üçün bir imkana çevirib”. (APA)

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR