ABŞ Prezidenti Cammu və Kəşmir məsələsinin dialoq yolu ilə həllinə çağırıb

17.08.2019 11:42

ABŞ Prezidenti Donald Tramp Cammu və Kəşmir məsələsinin dialoq yolu ilə həll edilməsi üçün Hindistan və Pakistana çağırış edib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumatda qeyd edilir ki, Prezident Donald Tramp ilə Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı olub. Söhbət zamanı bölgədəki vəziyyət müzakirə edilib. ABŞ Prezidenti problemin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR