Əfqanıstan ordusu Loqar əyalətində terrorçuların təlim mərkəzini məhv edib

14.08.2019 21:27

Əfqanıstan ordusu ölkənin şərqində yerləşən Loqar əyalətinin Bəraki Barak inzibati dairəsində hərbi əməliyyat keçirib.

Xezerxeber.az xəbər verir ki, avqustun 12-14-də keçirilən əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçuların təlim mərkəzi məhv edilib. Bu barədə Əfqanıstan ordusunun qərargahından yayılan məlumatda bildirilir.

Qeyd olunur ki, Bəraki Barak inzibati dairəsindəki Taqab rayonunda "Taliban” silahlılarının istehkamlarını məhv etmək üçün əlaqəli şəkildə aparılan hərbi əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçu kamikadzelərin hazırlandığı təlim mərkəzi yerlə yeksan edilib. Zərərsizləşdirilmiş silahlıların arasında "Taliban” hərəkatının iki yerli komandiri – Molla Nakib və Xalid də olublar. Hərbi əməliyyat nəticəsində silahlıların böyük miqdarda silah-sursat olan anbarı da partladılıb.

"Taliban” hərəkatının yerli komandirləri ordu qərargahının məlumatını şərh etməyiblər.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR