Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiyada ayı qəbri dağıdaraq meyiti aparıb

14.08.2019 16:04

Rusiyanın Xabarovsk vilayətində ayı qəbri dağıdaraq meyiti aparıb.

Xezerxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polis bölməsinə Start mikrorayonunun qəbiristanlığında qəbirlərdən birinin açılması barədə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat-istintaq qrupu, kenoloq və ovşünas cəlb olunub. Baxış zamanı ərazidə ayı izləri aşkarlanıb. Meyit isə hələlik tapılmayıb.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunmuş mütəxəssislərə ayını tapıb məhv etmək icazəsi verilib.

Mütəxəssislər göstərişə uyğun olaraq ayını güllələyiblər.

© xezerxeber.az


1200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR