Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

KXDR Şimali Koreyanı öz ərazisində ABŞ raketləri yerləşdirməməyə çağırır

14.08.2019 16:08

KXDR Şimali Koreyanın hakimiyyət orqanlarını ölkə ərazisində orta mənzilli ABŞ raketləri yerləşdirmək planlarına yenidən baxmağa çağırır.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. "Cənubi Koreya ərazisində yeni silahlar, o cümlədən Amerikanın THAAD raketdən müdafiə kompleksləri yerləşdirmək planları regionda gərginliyin artmasına, həmçinin yeni soyuq müharibənin başlanmasına və növbəti silahlanma yarışına gətirib çıxara bilər”, - agentliyin materialında belə deyilir.

Qeyd olunur ki, Cənubi Koreya öz planlarına yenidən baxmalı və düşünməlidir ki, "kor-koranə itaətə görə yüksək hesab ödəməli olacaq”. Əgər Seul orta mənzilli THAAD raketləri yerləşdirilməsinə razılıq versə, Cənubi Koreya KXDR-ə nüvə zərbəsi endirmək üçün meydana çevriləcək.

France-Press agentliyi avqustun 3-də ABŞ müdafiə naziri Mark Esperin Asiyada orta mənzilli yerüstü raketlər yerləşdirilməsi planını dəstəklədiyi barədə xəbər yaymışdı. Çox keçmədən – avqustun 10-da KXDR 400 kilometr məsafə qət edən yaxın mənzilli iki ballistik raket buraxılışını həyata keçirib. Bu, son iki həftədə Şimali Koreya hərbçiləri tərəfindən keçirilən sayca beşinci raket sınağıdır.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR