Venesuela prezidenti yeni nazirlər təyin edib

13.08.2019 14:27

Venesuela prezidenti Nikolas Maduro yeni nazirlər təyin edib.

Bu barədə Venesuela prezidenti "Twitter” səhifəsində yazıb. Ölkənin Kənd Təssərüfatı, Ekoloji Mədən İnkişafı, Qadınlar və Gender Bərabərliyi, Təhsil, Ekososializm, Sosial İşlər Nazirliklərinə yeni rəhbərlər təyin edilib.

Nikolas Maduronun digər qərarına əsasən ölkədə yeni bir nazirlik – Turizm və Xarici Ticarət Nazirliyi də yaradılıb.

Venesuela prezidenti bu təyinatların ölkənin inkişafı naminə yeniləmə və dəyişiklik prosesinin bir hissəsi olduğunu qeyd edib.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR