Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiya XİN: Azərbaycan və Ermənistan təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq

09.08.2019 16:46

"Azərbaycan və Ermənistan təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq”.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, tərəflərin fərqli bəhanələrlə qarşılıqlı ittihamlar irəli sürməyə davam etməsi narahatlıq doğurur.

M. Zaxarova qeyd edib ki, belə ritorika danışıqlar prosesi üçün münbit şəraitin yaradılmasına və münaqişənin həlli üçün kompromislərin axtarışına mane olur: "Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, habelə rəsmi Moskvanın Bakı və Yerevanla sıx münasibətlərini nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülh prosesinin irəliyə aparılması üçün köməklik göstərməyə hazırıq”.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR