Koçaryanın tərəfdarları İrəvanda etiraz aksiyası keçiriblər

09.08.2019 15:58

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın iki yüzə yaxın tərəfdarı İrəvanda etiraz aksiyası keçirib. 

Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, avqustun 9-da Ermənistan ombudsman aparatının qarşısında keçirilən aksiyada ölkənin keçmiş rəhbərinin tezliklə həbsdən azad olunması tələbi səsləndirilib.

Ermənistan parlamentinin sabiq deputatı, aksiyanın təşkilatçılarından biri Qaqik Baqdasaryan bildirib ki, Koçaryan siyasi məhbusdur və qanunsuz olaraq həbs olunub. Ombudsman Arman Tatoyan onu siyasi məhbus kimi tanımalı və hüquqlarını müdafiə etməlidir.

Aksiya iştirakçıları öz tələbləri yazılmış məktubu ombudsman aparatına təqdim ediblər.

Xatırladaq ki, mayın 18-də İrəvan birinci instansiya məhkəməsi sabiq prezidentin barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi və onun azadlığa buraxılması ilə bağlı qərar qəbul etmişdi. Lakin Baş prokurorluq bu qərardan Apelyasiya məhkəməsində etiraz təqdim edib və Koçaryan yenidən həbsxanaya göndərilib.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR