Yeni Zelandiya polisi 93 milyon dollar dəyərində narkotik maddə müsadirə edib

09.08.2019 09:18

Yeni Zelandiyanın hüquq-mühafizə orqanları Oklenddə keçirilən əməliyyat zamanı 200 kiloqram ağırlığında metamfetamin müsadirə edib.

AZƏRTAC xəbər verir ki, ölkə polisinin "Twitter” səhifəsində avqustun 9-da yayılan məlumatda narkotik maddənin ümumi dəyərinin 93 milyon dollar təşkil etdiyi bildirilir.

Qeyd edilir ki, əməliyyat zamanı Böyük Britaniya vətəndaşı olan 60 və 49 yaşlarında iki kişi həbs edilib. Həmin şəxslərə qarşı narkotik maddələrin qeyri-qanuni saxlanması maddəsi ilə ittiham irəli sürülüb. Onlar avqustun 27-də və sentyabrın 4-də məhkəmə qarşısında cavab verəcəklər.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR