İraqda türkiyəli diplomatın qətlini təşkil edən PKK terrorçusu zərərsizləşdirilib

08.08.2019 19:02

Türkiyə Silahlı Qüvvələrinin və Milli Kəşfiyyat Təşkilatının (MİT) iyulun 30-da İraqın şimalındakı Qara bölgəsində birgə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində məhv edilən iki təhlükəli terrorçunun şəxsiyyəti müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, "Botan” ləqəbli Hacı Kurhan Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən təhlükəli terrorçulardan olub. O, PKK-nın rəhbər şəxslərindən sayılan Murat Karayılanın ən yaxın silahdaşlarından biri hesab edilirdi. H.Kurhan Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Kösenin öldürülməsi ilə nəticələnən terror aktının əsas təşkilatçısı olub.

Məhv edilən digər terrorçunun isə "Kendal” ləqəbli Metin Akgün olduğu müəyyənləşib. Onun bacısı "Berivan” ləqəbli Neslihan Akgünün də PKK terror təşkilatının fəal üzvlərindən biri olduğu bildirilir.

H.Kurhan və M.Akgün Türkiyədə bir sıra terror aktlarının təşkilində ittiham olunublar.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR