Qırğızıstan parlamentində sabiq Prezident Almazbek Atambayevin həbsi müzakirə olunur

08.08.2019 14:13

Qırğızıstan parlamenti-Joqorku Keneşin bu gün öz işinə başlayan növbədənkənar sessiyasında ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs ilə bağlı yaranan qarşıdurma müzakirəyə çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, iclasda Qırğızıstanın Baş naziri Muxammedkalıy Abduqaziyev, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Opumbaev, Daxili İşlər naziri Kaşkar Junuşaliev, ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Raimberdi Duyşenbiev və Baş prokuror Otkurbek Jamşidov iştirak ediblər.

İclası parlamentin sədri Dastan Cumabayev açaraq Almazbek Atambayevin saxlanması ilə bağlı hökumət qüvvələrinin ötən gecə keçirdikləri əməliyyat haqında məlumat verib. Qeyd edib ki, hər iki tərəfdən 52 insan yaralanıb, bir xüsusi təyinatlı ölüb, Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.

Çıxış edən güc strukturlarının rəhbərləri Almazbek Atambayevin toxunulmazlıq hüququnun ləğv edilməsi, ölkə qanunları ilə ittiham olunması və digər qanuna zidd hərəkətləri haqqında məlumat veriblər. Bildirilib ki, Prezidentdən tutmuş sıravi vətəndaşa qədər hamı etdiyi hərəkətlərə görə qanun qarşısında cavab verməlidir.

© xezerxeber.az

FOTOQALERIYA






127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR