Türkiyə və Rusiyadan ABŞ-ı hiddətləndirəcək həmlə: 2020-ci ildə...

31.07.2019 16:55

S-400 zenit raket kompleksinin tədarük prosesinin ikinci mərhələsi gələn il baş tuta bilər.

Bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.

Nazir bildirib ki, sistemlərə nəzarət tamamilə Türkiyənin əlində olacaq. Bu sistemlə Türkiyənin istəmədiyi heç bir şey həyata keçirilə bilməz.

Dəmirin sözlərinə görə, ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmasının hüquqi zəmini yoxdur: "Proqramla bağlı bütün öhdəliklərimizi yerinə yetirdik. Heyətimiz qəbul edilməzsə, ödəniş etməyəcəyik. Layihədə qalmaq arzumuzu bildirmişik. Türkiyənin layihədə əməkdaşlığı hələ də davam edir. Bizə başqa variant təklif etməsələr, başqa qapıları döyəcəyik. F-35 təyyarələri ilə S-400-lərin eyni ortamda olmasında heç bir problem yoxdur”./publika.az

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR