İki ölkədən ABŞ-a açıq xəbərdarlıq: hər kəs itkilər verəcək və...

31.07.2019 10:45

İran prezidenti Həsən Ruhani ilə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.

Liderlər nüvə razılaşmasının taleyini və bölgədə baş qaldıran gərginliyi müzakirə ediblər.

İran hökumətindən verilən açıqlamaya görə, Həsən Ruhani həmkarı ilə söhbətində ABŞ-ın ölkəsinə qarşı düşmən addımlarından heç bir fayda əldə edə bilməyəcəyini və proses davam etdikcə hər kəsin itkilər verəcəyini deyib.

Fransa prezidenti isə öz növbəsində ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qəbuledilməz olduğunu və bölgədən gərginliyin azaldılması, nəticə əldə olunması üçün həll yolunun tapılmasının vacibliyini vurğulayıb.

Nüvə razılaşmasının məqsədinin İranın başqa ölkələrlə münasibətlərinin normallaşması olduğunu ifadə edən Ruhani "İran razılaşmaya tamamilə sadiq qalmasına rəğmən, iqtisadi baxımdan çox az qazanc əldə edib. ABŞ-ın ayrılmasından sonra Avropa İttifaqı ölkələri də geri çəkilib. Bəzi avropa ölkələri şirkətlərini İrandan çıxarıb. İttifaq son bir ildə İran ilə əməkdaşlıq etmək və öhdəliklərini yerinə yetirmək üçün bir çox fürsəti əldən verib. Zaman keçdikcə və İran yeni addımlar atdıqca ilk nöqtəyə geri qayıtmaq hər iki tərəf üçün çətinləşəcək” sözlərini deyib.

Makron isə Fransanın İranın nüvə razılaşmasındakı mənfəətlərinin təmin edilməsi və Tehranın digər ölkələrlə olan iqtisadi münasibətlərinin normallaşması üçün təşəbbüslər irəli sürdüyünü deyib. ABŞ-ın sanksiyalarına rəğmən, Aİ ölkələrinin kredit xəttinin qurulması daxil olmaqla, İranla iqtisadi münasibətlərin qurulması üçün işlədiyini bildirib./publika.az

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR