Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb

23.07.2019 21:39

Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb.

Xezerxeber.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir müddət əvvəl İrəvanın Açapnyak rayonundan orduya çağırılan Narek S. adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib. Valideynləri ilə danışan Narek orduya geri qayıdacağı halda intihar edəcəyini bildirib.

"Əvvəllər o, 80 kiloqram idi. Biz onu görəndə gözlərimizə inanmadıq. O, o qədər arıqlamışdı ki, cəmi 55 kiloqram çəkisi vardı. Narek niyə orduya qayıtmaq istəmədiyini açıqlamır. O, yalnız öləcəyini, amma xidmət etməyəcəyini deyir”, – deyə əsgərin valideynləri bildiriblər.

Hadisə Ermənistanda əsgər fərariliyini bir daha gündəmə gətirib. İddialara görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, eyni zamanda, onların azuqəsiz qalması, müxtəlif, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.

Hüquq-mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Muraçan hərbi hospitalına yerləşdirilib. Buraya isə hərbi polisin əməkdaşları gəlib və onu Kanaz hərbi hospitalına köçürüblər.

Qeyd edək ki, dünən, həmçinin Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərin cəsədi tapılıb. 2000-ci il təvəllüdlü əsgərin ölüm səbəbi bəlli deyil. Amikin ailənin tək övladı olduğu bildirilib. Hərbçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR