Türkiyədə partlayış baş verib

23.07.2019 09:16

Türkiyənin Şanlıurfa şəhərinin Ceylanpınar rayonunda partlayış baş verib. Hadisəyə səbəb Suriya tərəfindən atıldığı ehtimal olunan raket mərmisidir.

Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb.

Partlayış baş verən əraziyə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR