Rusiyadan Gürcüstana uçan sərnişinlərin sayı 78,6 faiz azalıb

22.07.2019 16:20

İyulun 8-dən Rusiya hökumətinin Gürcüstana uçuşlara müvəqqəti qadağa qoymasından sonra hava nəqliyyatı ilə bu istiqamətdə hərəkət edən rusiyalı sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,6 faiz azalıb. 

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Gürcüstandakı iqtisadi vəziyyətin təhlili ilə məşğul olan gürcü TBC Research internet nəşri yayıb.

Məlumatda bildirilir ki, iyulun ikinci həftəsində 2,3 min Rusiya vətəndaşı Tbilisi beynəlxalq aeroportuna gəlib ki, bu da ötənilki göstərici ilə müqayisədə 75,2 faiz azdır. Kutaisi şəhərinin beynəlxalq aeroportu iyulun ikinci yarısında RF-dən 129 nəfərə (68,2 faiz azalma) xidmət göstərib. Batumi beynəlxalq aeroportuna isə həmin ölkədən cəmi 449 sərnişin gəlib (88,1 faiz azalma).

Bundan başqa, iki ölkə arasında yeganə gömrük-buraxılış məntəqəsi olan "Kazbeqi-Yuxarı Lars”dan keçən rusiyalıların sayında da kəskin azalma qeydə alınıb. İyulun ikinci həftəsində bu məntəqə vasitəsilə Rusiyadan Gürcüstana 24,5 min nəfər daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz azdır.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR