İstanbulda 271 milyon saxta dollar aşkarlanıb

22.07.2019 15:50

İstanbulun Esenyurt rayonunda 271 milyon 150 min saxta ABŞ dolları aşkarlanıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, saxta dollarların Esenyurtda bir mətbəədə çap olunduğu müəyyənləşib.

Araşdırma nəticəsində fakt üzrə FETÖ terror təşkilatına üzv olduğu üçün silahlı qüvvələrdən uzaqlaşdırılmış bir hərbçi də daxil 5 nəfər həbs edilib.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR